SON DƏQİQƏ
» » Prezidentliyə namizəd: “Seçkilərdə Ruhaninin qələbə şansı çoxdur”

Prezidentliyə namizəd: “Seçkilərdə Ruhaninin qələbə şansı çoxdur”

Tarix:

18-04-2017, 12:43

/ 1 875 dəfə oxundu.
Prezidentliyə namizəd: “Seçkilərdə Ruhaninin qələbə şansı çoxdur”

"Həsən Ruhaninin qarşıdakı seçkilərdə qələbə qazanmaq şansı daha çoxdur”. 
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İran Demokrat Partiyasının baş katibi, prezidentliyə namizəd, parlament üzvü Mustafa Kavakibian deyib.
İslahatçılar düşərgəsini təmsil edən M. Kavakibian bildirib ki, hazırda H. Ruhani hakimiyyətdədir və adətən 4 il hakimiyyətdə olan şəxs ikinci dövr üçün də səs toplayır. O, sabiq prezident Mahmud Əhmədinejadın namizəd kimi təsdiqlənəcəyinə inanmadığını söyləyib: "Ona görə ki, o, ali liderin istəyinə zidd olaraq namizədliyini irəli sürüb. Əlbəttə, ehtimal olunur ki,  onun özü də namizədliyini geri götürsün və seçkilərə qatılmasın”.
M. Kavakibian özünün seçki proqramı və prezident Ruhaninin xeyrinə namizədliyini geri götürə biləcəyi haqda suala cavabında qeyd edib ki, seçki yarışında sonadək qalacaq: "Prezidentlik üçün çoxlu proqramlar hazırlamışam. Tezliklə xüsusi mərasimlə öz proqramlarımı açıqlayacağam”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər