SON DƏQİQƏ

Yuxusuzluq problemi YAŞAYANLAR OXUSUN

Tarix:13-01-2021, 08:13 Oxunub:3 294

Yuxusuzluq hər kəsin qarşılaşdığı problem ola bilər.

GunAz.az "Zdorovye” saytına istinadla xəbər verir ki, bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.

Yuxusuzluğun qarşısını almaq üçün axşamlar alkoqol qəbul etməyin. Alkoqol dərin yuxu fazasına təsir edir və spirtli içkinin təsiri qurtarandan sonra ayılacaqsınız.

Bundan başqa, nikotin də stimullaşdırıcı təsirə malik olduğu üçün yuxuya getməyə və normal yuxu prosesinə mane olur. Eyni zamanda yatmazdan qəhvə içmək, həddindən artıq yemək, vanna qəbul etmək yuxuya getməyə mane olur.

Fındıq ağacı yarpağı və şam ağacı budağı da yuxusuzluğun qarşısını almaq üçün kömək edə bilər.

Yuxu dərmanından həkimin məsləhəti olmadan istifadə etmək olmaz. Adətən bu cür vasitələr yuxuya getməkdə müvəqqəti çətinliyi yüngülləşdirir. Onlardan uzun müddət istifadə edilməsi orqanizmin bu dərmanlara öyrəşməsinə gətirib çıxarır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<