SON DƏQİQƏ

Yuxu dərmanları nəyə səbəb olur?

Tarix:

22-08-2020, 23:32

/ 1 404 dəfə oxundu.
Yuxu dərmanları nəyə səbəb olur?

İnsanların bir çoxu müəyyən səbəblərdən yuxu problemi ülə üzləşir. Problemdən çıxış yolu isə yuxu dərmanlarının içilməsində görülür.

GunAz.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan professor Muhammed Emin Akkoyunlu yuxu dərmanlarından düzgün istifadə edilmədiyi təqdirdə meydana gələn fəsadlar barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, yuxu həbləri həkim tövsiyəsi ilə istifadə edilmirsə, ciddi narahatlıqlara, hətta ölümə səbəb ola bilər. Həkim deyib ki, bu dərmanlar səbəbsiz istifadə edildikdə, xroniki yuxu və psixoloji pozğunluqlar yaradır. Onun sözlərinə görə, yatmazdan əvvəl uzun zaman televizora baxmaq, telefon və kompüterlə məşğul olmaq beyində kortizon kimi stress hormonlarına təsir edir və yuxu narahatlığı meydana gəlir. Yuxu pozğunluğu hissi, duyğuları, konsentrasiyanı, yaddaşı zəiflədir, düzgün qərar qəbul edə bilməməyə, diqqətsizlik və depresiyaya səbəb olur. Belə hallarda yuxuya getmək üçün istifadə olunan yuxu həbləri sayəsində yaranan yuxu isə əsl yuxu deyil və əsl yuxunun effektini vermir.

Professor hesab edir ki, dərmanla yuxuya getmək, üç ölçülü bir film izləmək kimi, beynində də virtual yuxu reallığı yaradır. Belə yuxu həqiqi və rahatlıqdan uzaqdır. Bundan əlavə, bu dərmanlar orqanizmdə hər hansı bir xəstəlik olarsa, ciddi fəsada səbəb ola bilər. Tənəffüs sisiteminə ziyan vuran bu dərmanların əlavə xəstəlik olmasa belə, ölümlə nəticələnən bir çox problemə səbəb olması mümkündür.

Bu səbəbdən, özfəaliyyət olaraq, kiminsə məsləhəti ilə yuxu dəmanı içmək olmaz. Bunu ancaq həkim təyin etməlidir. Keyfiyyətli yuxunun yolu isə yuxu gigiyenasını təmin etməkdən keçir. Yatmaq üçün qaranlıq, sakit bir mühit seçmək, yatmağa vaxt ayırmaq lazımdır. Bundan sonra da yuxu problemi olsarsa, professionallara müraciət olunmalıdır.


скачать dle 12.1

Şərhlər