SON DƏQİQƏ
» » DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat

DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat

Tarix:

28-02-2020, 14:12

/ 2 066 dəfə oxundu.
DTX-nin həbs etdiyi baş həkimin yerinə - Təyinat

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edib.

TƏBİB rəhbərliyinin müvafiq əmri ilə pediatr Ramiz Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin olunub.

Xəbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasından təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovu da saxlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ