SON DƏQİQƏ
» » Tibb və fiziologiya üzrə Nobel mükafatçılarının adları açıqlandı

Tibb və fiziologiya üzrə Nobel mükafatçılarının adları açıqlandı

Tarix:

7-10-2019, 16:07

/ 2 079 dəfə oxundu.
Tibb və fiziologiya üzrə Nobel mükafatçılarının adları açıqlandı

Bu gün İsveçdə 2019-cu il üçün tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.

Bu mükafata amerikalı alimlər Villiam Kaelin və Qreq Semenza, həmçinin britaniyalı Sir Peter Ratcliffe layiq görülüblər. Onlar hüceyrələrin oksigen mövcudluğuna uyğunlaşdırılmasındakı kəşflərinə görə Nobel mükafatı ilə təltif ediliblər.

Qeyd edək ki, oktyabrın 8-də Fizika, 9-da Kimya, 10-da isə Ədəbiyyat üzrə laureat Nobel Komitəsinin qərarı İsveçdə elan ediləcək. Oktyabrın 11-də isə Nobel sülh mükafatı laureatının adı, həmişə olduğu kimi Osloda elan olunacaq. İsveç Dövlət Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş Alfred Nobel xatirəsinə həsr olunan, İqtisadiyyat üzrə Nobel mükafatının laureatı isə oktyabrın 14-də müəyyənləşəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ