SON DƏQİQƏ
» » Arterial qanaxmanı dayandıran hidrogel hazırlandı

Arterial qanaxmanı dayandıran hidrogel hazırlandı

Tarix:

6-09-2019, 08:41

/ 1 467 dəfə oxundu.
Arterial qanaxmanı dayandıran hidrogel hazırlandı

Çinli alimlərdən ibarət qrup deşilmiş arteriyadan qanın axmasını dayandıran hidrogel hazırlayıb.

Trend-in məlumatına görə, alimlər hidrogelin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini bildirirlər.

Məlumata görə, hidrogel su, jelatin, zülal və başqa kimyəvi maddələrin qarışığından ibarətdir. Onun strukturu insanın birləşdirici toxumalarına maksimal dərəcədə bənzədilib. Ultrabənövşəyi işıq gelin üzərinə düşdükdə o, cəmi 20-30 saniyə ərzində yaraya yapışaraq və qanın axmasının qarşısını alaraq, bərkiyir və sıxlaşır. Hidrogel 290 mm civə sütununa bərabər təzyiqə davam gətirə bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ