SON DƏQİQƏ
» » Şəhid oğlunu özü taparaq ONA SIĞAL ÇƏKƏN ANA –QANDONDURAN SÖHBƏT

Şəhid oğlunu özü taparaq ONA SIĞAL ÇƏKƏN ANA –QANDONDURAN SÖHBƏT

Tarix:

9-01-2021, 09:32

/ 487 dəfə oxundu.
Şəhid oğlunu özü taparaq ONA SIĞAL ÇƏKƏN ANA –QANDONDURAN SÖHBƏT

Vətən savaşı bizə həm də minlərlə igidimizi, qəhrəmanımızı, torpaq uğrunda canından keçən şəhid və qazilərimizi tanıtdı. Gənc oğullarımız düşmən tapdağında olan torpaqları öz qanı ilə azad edib, yaşamaq hüququndan keçdi.

O qəhrəmanlardan biri də əslən Şabran rayonundan olan şəhidimiz, Səbail rayon sakini Həsənov Vüsaldır. 1997-ci ildə Səbaildə dünyaya göz açan Vüsal uşaqlıqdan vətənpərvər olub. Təhsilə, oxumağa böyük həvəsi olan Vüsal atasını kiçik yaşlarında itirəndən sonra məktəbi yarımçıq qoymalı olur. Uşaq yaşlarından işləyən, ailəsinə kömək edən qəhrəmanımızın ən böyük arzusu qardaşının təhsil alması olur.

Vətən savaşı başlayan gündən o da hamı kimi könüllü olaraq müharibəyə yollanır. Döyüşlərdə qəhrəmanlıq göstərən Vüsal, düşmənin snayperdən açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımız şəhid olandan sonra "Vətən uğrunda” medalı ilə təltif olunub.



скачать dle 12.1

Şərhlər