SON DƏQİQƏ
» » "Ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil" - Rasim Balayev

"Ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil" - Rasim Balayev

Tarix:

28-05-2021, 17:51

/ 3 517 dəfə oxundu.
"Ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil" - Rasim Balayev

Ermənistanın Kəlbəcərdə törətdiyi təxribat bu ölkə rəsmilərinin bölgədə sülh və sabitlik barədə səsləndirdikəri fikirlərin səmimi olmadığını bir daha ortaya qoydu. Bu fakt həm də Qarabağda ermənilərlə azərbaycanlılarının birgəyaşayışının mümkün olmayacağı barədə ehtimalları gücləndirdi. Əgər İkinci Qarabağ savaşında məğlub olan Ermənistanın nəhayət işğalçılıq siyasətindən əl çəkərək Azərbaycanla sülh şəraitində yaşayacağına az da olsa ümid var idisə, ermənilərin son günlər törətdikləri təxribatlardan sonra bu ümid ölüb.

GunAz.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev bildirib ki, Azərbaycan hər zaman ayıq-sayıq olmalıdır. "Çünki bədnam qonşularımız məkrli niyyətlərindən əl çəkməyəcəklər. Bunlarla sülh şəraitində yaşamaq sadəcə mümkün deyil. İndi qismətimizə ermənilər kimi alçaq qonşu düşüb. İki ölkə arasında savaş da ola bilər, barış da. Məsələn, İkinci Dünya müharibəsində ruslarla almanlar arasında savaş oldu, milyonlarla insan öldü. Amma baxın, bu gün sülh şəraitində yaşayırlar. Bir-birləri ilə müxtəlif sahələrdə əməkdaşlıq edirlər və s. Amma ermənilərlə bu, mümkün deyil. O vaxt ruslar gətirib bunları köçürüb bura, biz də bəlaya düşmüşük. Ermənilər həmişə alçaqlıq edəcəklər. Ona görə də ayıq-sayıq olmaq lazımdır”, – deyə Xalq artisti vurğalyıb.

 

Onun sözlərinə görə, Ermənistanın monotetnik dövlət olması əslində hər şeyi deyir:

"Baxın, Gürcüstanda, Azərbaycanda və digər ölkələrdə başqa millətlər də yaşayır. Amma Ermənistanda ermənilərin özündən başqa heç bir millət yoxdur. Çünki bunların dövlətçiliyi olmayıb, bunlar bilmir ki, dövlətçilik nədir. Digər tərəfdən, bu erməniləri qızışdıranlar var. Şükür Allaha, işğal altında olan torpaqlarımızın əhəmiyyətli hissəsini azad etmişik. Ancaq ermənilərin havadarları imkan vermədilər ki, sona qədər azad edək. İndi də yenidən qızışdırırlar. Bunlar da alçaq millətdi. Ona görə də hesab edirəm ki, bizim bunlarla bir yerdə yaşağımız mümkün deyil”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ