SON DƏQİQƏ
» » Azərbaycan vətəndaşlarına şad xəbər- Sərhədlər açıldı

Azərbaycan vətəndaşlarına şad xəbər- Sərhədlər açıldı

Tarix:

2-06-2020, 11:02

/ 2 857 dəfə oxundu.
Azərbaycan vətəndaşlarına şad xəbər- Sərhədlər açıldı

Çernoqoriya iyunun 1-dən etibarən bəzi ölkələrin vətəndaşlarının karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.

Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilib ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

Çernoqoriyanın İctimai Səhiyyə İnstitutunda (İJZ) bəyan ediblər ki, ölkələrin seçimi Aİ-nin tövsiyələrinə əsaslanır. Turistlərin gəldiyi ölkələrdə koronavirusa yoluxanların sayı 100 min əhaliyə 25 nəfərdən az olmalıdır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ