SON DƏQİQƏ
» » Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək”

Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək”

Tarix:

23-03-2020, 21:59

/ 2 816 dəfə oxundu.
Nazir: “Hökumət ixtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görəcək”

İş yerlərinin və məşğulluğun qorunması dövlətin diqqət mərkəzindədir.
GunAz.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov müsahibəsində bildirib.
Nazir, həmçinin işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib.
M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ