SON DƏQİQƏ
» » TÜRK XALQI BU ƏSRƏ GÖZU YUMULU GİRMƏDİ – CAVİD İSMAYIL YAZIR

TÜRK XALQI BU ƏSRƏ GÖZU YUMULU GİRMƏDİ – CAVİD İSMAYIL YAZIR

Tarix:

11-02-2020, 13:17

/ 3 265 dəfə oxundu.
TÜRK XALQI BU ƏSRƏ GÖZU YUMULU GİRMƏDİ – CAVİD İSMAYIL YAZIR

“… Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının gələcək yoluna parlaq işıq saçır.” – Heydər Əliyev “ANITKABIR”(8 fevral 1994-cü il)

Cavid ismayıl, xüsusi olaraq ONN üçün.

Sovetlər zamanı ruhumuza Korqanov, Şaumyan, Fioletov inqilabçılığı yeridiləndə, qanımıza Marks, Engels, Lenin ideyaları hopdurulanda, Türkiyə, türk dili  qadağalarının zənçirini qıra biməyib radiolarda təsadüfdən-təsadüfə türk mahnılarını, türk sözlərini eşidib onu su kimi içəndə, hava kimi acgözlüklə ciyərlərimizə çəkirdik. Gecələr gizlincə, kimsələrin eşitməyəcəyi bir tərzdə radioda türk dalğalarını axtarırdıq, türkcə bir  kəlmə eşitmək istəyirdik. Şərurda, xüsusən Sədərək kəndində (bu günki Sədərkək rayonu) xüsusi antena və televiziya qoyub yenə də çox gizlincə Türkiyənin tək televiziya kanalı olan TRT -ni çox böyük həsrətlə izləyirdik. İçimizdə çox böyük bir həsrət var idi, qəlbimizdə sanki, ilahi sevgi göyərmişdi. Zaman o zaman idi ki, sərhədlər bağlı idi, nəinki gediş-gəliş, hətta məktublaşmaq da yasaq idi bizə. Amma tarixi gün gəldi tikanlı çəpərləri sökdük və qardaşlarımıza qovuşduq. İllərdi onların acısını acımız, sevincini sevincimiz kimi yaşayırıq. Anadolu türkünün ayağına dəyən daşın ağrısını qəlbimizdə hiss edirik. Bu da, Türk düşmənlərini qısqandırır və qardaş ruhunun yüksəlişini gözü götürməyənlər hər vəclə iki qardaş arasına məkirli xislətilə sızmaq istəyir.

Məşhur “Palmali” Şirkətlər Qrupunun rəhbəri, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov türk dünyasının öndə olan şəxsiyyətlərindəndi. Onun  bu günkü sərvəti  təkcə pulla ölçülmür, o, xeyriyyəçiliyi, humanizmi, insanlığı ilə milyonların sahibi olub. Harda xeyriyyəçiliyin işartısı görünürsə, orda mütləq Mübariz Mənsimovun qığılcımı olur. Mübariz Mənsimov nəin ki, hər bir  azərbaycanlının eyni zamanda hər bir türkün fəxr etdiyi, qüruru duyduğu iş adamıdır. Amma əfsuslar olsun ki, bu günlərdə  ona, Türkiyəmizdə çirkab atmağa çalışanlar aktivləşiblər. Əslində bu, təkcə Mənsimova deyil, hədəfi qardaşlığımız olmaqla  hər birimizə məkirli qüvvələr tərəfindən atılan çirkabdı. Guya Mənsimov FETÖ-çudur, nurçulara xidmət edir, hətta daha irəli gedərək onu casusuluqda ittiham etməyə belə cəsarət edirlər.

Yaxşı yadımdadır. Qardaş Türkiyədə məlum 15 temmuz hadisəsi baş verdiyi zaman bizlər Bakıda bu həyacan verici hadisəni eşitdikdə, demək olar ki, səhərə qədər insanlarımız yatmadı bütün medya səhifələrini, mümkün tv. kannallarını izlədik və Türkiyəmizin dörd bir tərəfində olan dostlarımızla mütamadi əlaqələr saxladıq. Şükürlər olsun ki, nəinki Türkiyəmizi eyni zamanda bütün Türk dünyasını fitnəyə çəkmək istəyən məkirli düşmən öz istəyinə nail ola bilmədi. Həmin gecə Türk xalqı öz cəsarətini və müdrikliyini bir daha bütün dünyaya bəyan etdi. 15 temuz hadisələri Türk xalqının qoca dünyada tarixi bir imtahanidi. O, imtahan eləbir imtahan idi ki, böyük bir dövlətin ulu bir xalqın bu imtahandan necə çıxmasından min illər böyü şanlı tarix yazan bir ulusun gələcəyini müəyyən edən bir sınaq idi. Türkiyəmiz bu tarixi sınaqdan da, çox şərəflə çıxdı. Bəli, FETÖ terror örgütüdür. Hədəfi də, bəlli idi.

Belə bir xalqın içindən çıxan oğul satqın ola bilərmi?  Öz xalqını, sevdiyi insanlarını, vətəndaşı olduğu dövlətin maraqlarını terrora qurban verərmi? Əsla! Bu, mümkün deyil. Vaxtilə Türkiyəmizdə bəzi adı bizdən olanlar “hepimiz ermeniyiz, hepimiz hrantız” deyə erməni Dinkin cənazəsini çiyinlərində daşıyanda  Mübariz Mənsomov  özünün xeyriyyəçiliyini, insanlığını, humanist hərəkətlərini, milliliyini Anadolu  türkünə səxavətlə veriridi . O deyirdi:  “Bu gün şirkətlərimizin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm dərhal işdən qovaram. Onlarla ticarət etmərəm heç vaxt. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Onları sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin”.  Bu oğul hər zaman türkün yanında olub. Türk düşməni ilə iş birliyində olması mümükün deyil. Çünki onun damarlarında axan qan xəyanətdən qidalanmayıb. Onun xalqı türk düşmənlərinin azğınlığından əziyyət çəkib, onun millətinin nümayəndələri erməni daşnaklarının alçaqlığının, insanlığa  sığmayan vəhşiliyinin qurbanı olub. Mübariz Mənsimov bütün bunları yaxşı bilir.

Sual edirəm: əziz Anadolu qardaşlarım, vaxtilə Böyük Millət Məclisində Garo Paylan türk xalqını təhqir edəndə, türk dünyasının Atası olan Mustafa Kamal Atatürkə və şanlı tariximizə dil uzadanda  nədən susurdunuz? Niyə cavabını vrermirdiniz? Doğrudur, Türkiyədə yaşayıb, türk xalqının ödədiyi vergilərdən əmək haqqı alıb elə həmin türk xalqına dil uzadan erməni Garonun qarşısına həmyerlimiz olan dəyərli professor Aygün Attarın çıxdığını da yeri gəlmişgən qeyd edim.

Halbuki  Türkiyədə yaşayan ermənilər sayca bir ovuc idi. Onların da çoxu 1915-ci ildən sonra müsəlmanlığı qəbul edənlər idi. Bu gün sayları cəmi 50 min civarında olan ermənilər Türkiyədə at oynatdıqları halda siz bir türkün canını yandırmağa çalışırsınız. Qanında türkülüyü daşıyan Mübariz Mənsimovun terror dəstəsinə xidmət edə biləcəyinizi hardan düşünürsünüz? O Mənsimov ki, ailəsində, qohum-əqrəbasında,  nəslində-nəcabətində şəhid ruhları dolaşır.

Bu gün bir ovuc erməni Türkiyə parlamentində  birneçə nəfərlə təmsil olunur. Bu o deməkdir ki, sayca az olsalar da, ölkədə önəm daşıyan millət olaraq hörmətə miniblər. Tarix heç nəyi unutmur, heç nəyin üstündən  keçmir. Gün gələcək ki, bu günkü əyrilik düzələcək, ədalət öz yerində oturacaq. Amma bu gün tarixin səhifəsinə Mübariz Mənsomvun fəaliyyətindən dolayı kölgə düşən bir zamandı. Erməni xislətinə nifrət edən, erməni terroru ilə üz-üzə dayanan Mənsimov FETÖ terroruna necə haqq qazandıra bilər? Məqsəd nədi? Bir azərbaycan türkünü ləkələməklə kim nə qazanacaq?

Mübariz Mənsimov düşmən deyil.  Özünün təbirincə: “Bunların hamısı yalan və uydurmadır və bunları asanlıqla sübut etmək heç də çətin deyil. Onlar bunu ediblər və bir gün bunun cəzasını çəkəcəklər.

Bizlər isə unutmayaq ki, mənfur, hiyləgər və amansız düşmənlərin əsas hədəfi tarix boyu məzlumun yanında, zalimin qarşısında duran Türkiyə və dünyada böyük qüvvəyə çevriləcək türk dünyasıdır.
90 cı illərin sonunda Azərbaycanda gedən milli azadlıq hərakatı dövrü çıxışlarının birində türkolq, professor Əjdər İsmayılov demişdi: “Unutmayaq ki, bugünki siyasi proseslər göstərir ki, qarşıdan gələn XXI əsr çox amansız, məşəqətli və fırtınalı əsr olacaq. Hansı xalq XXI əsrə gözü yumulu girsə o xalq əzilməyə, məhfə, parçalanmağa, tarixdən silinməyə məhkumdur”
Qoy bütün Türk düşmənləri bilsin ki, şükürlər olsun ki, Türk xalqı bu əsrə gözu yumulu girmədi.

O ki, qaldı Mübariz Mənsimova, o, və onun kimi Vətən sevdalıları, milli kimliyə bağlı olan oğullar isə, türk dünyasının sərvətidi. Bu sərvəti qorumaq hər bir türkün borcudu…

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ