SON DƏQİQƏ

Axar su həmişə təmiz olur

Tarix:

21-12-2017, 17:56

/ 2 819 dəfə oxundu.
Axar su həmişə təmiz olur

 

Xeyirxahlıq insanın qanında, canında olmalıdır. Əsilli-köklü insanlar hər zaman xalqın xeyrinə nəcib əməllərindən qalmırlar. Bir də ki, insanın qəlbində Allah xofu ola o insan dinə, imana bağlı ola, el-obanın xeyir və şər işlərinə kasıba kömək edə, vətənini, xalqını sevə. Bütün bu müsbət keyfiyyətləri Adil Əliyevdə görür və bu gün də belə vətənpərvər oğullarla fəxr edirik.

2004-ci illər olardı, bir yaxın qohumun işi Nərimanov rayon 16-cı polis bölməsinə düşmüşdü, cavan, gənc bir polis zabiti bizi mehriban qarşıladı. Polis rəisində olan nəzakətə, danışığa heyran qaldım. Əlbəttə ki, işimiz də düzəldi və gənc rəislə maraqlanmağa başladım. İdarənin həyətində rəisin sürücüsünün söhbətinə qulaq asırdım. Əslən Gəncədən olan Məzahir danışırdı ki, bir gün Adil müəllimlə Bakının kəndlərindən birinin yanından keçirdik, uçuq, hasarsız, palçıqlı bir ərazidə köhnə məscid diqqətimizi cəlb etdi. Adil müəllim dedi:

- Burda avtomobili əylə, məscidə baş çəkək.Axar su həmişə təmiz olur

Biz əraziyə daxil olarkən yaşlı, nurani bir qoca kişi bizi qarşıladı. Salamlaşandan sonra Adil müəllim nurani kişidən soruşdu:

- Ağsaqqal, necəsən? Niyə belə fikirlisən?

Nurlu kişi başını bulayaraq dedi:

- Cəbhədən 5 nəfər şəhid gətiriblər, burda dəfn ediblər. Qəbirin üstün götürə bilmirik. Odur ki, çox fikirli gəzirəm.

- Fikir eləmə, ağsaqqal, hər şey düzələr, Allah-Kərimdir deyib Adil müəllimlə birlikdə ağsaqqalla görüşüb yola düşdük.

Rəis mənə müəyyən işlərin həll olunması üçün tapşırıq verdi.

Heç bir ay keçmədi ki,  məscid təmir olundu, yerə metlaq döşəndi və ərazi hasara alınaraq, şəhidlərə xatirə lövhəsi asıldı.

Bu söhbəti eşidərkən çox qürur hissi keçirdim. Polis rəisi olasan, özü də belə xeyirxahlıq edəsən. Belə xeyirxahlıq polis rəislərində nadir hallarda olur.

Bu söhbət heç vaxt yadımdan çıxmırdı.

Üstündən 4-5 il keçdi. Bir gün polis sistemində çalışmış, Qarabağ müharibəsi veteranı olmuş kiçik qardaşım mərhum Namiq, qayınatası Maillə birlikdə evə gəlmişdilər. Onlar məni bir qərargaha apardılar və dedilər:

- Rauf, özün jurnalistsən, səni Adillə tanış edəcəyik deputatlığa namizədliyin irəli sürüb, sən  gəl bu vətənpərvər, qeyrətli dostumuzun təbliğat-təşviqat kompaniyasına qoşul,  Axar su həmişə təmiz olurAdilin təbliğatı ilə məşğul ol, həm də qeyrətli dost qazan. Mərd dost sənə hər zaman arxadır. Özün də Nərimanov rayonunun seçicisisən.

Adil Əliyev bizi mehriban qarşıladı və 2005-ci ildən Adil Əliyevin seçicilərlə görüşlərinin iştirakçısı və xeyirxah işlərinin canlı şahidi olmuşam. Nərimanov rayonunda hər bir küçədə seçicilərlə gecə-gündüz görüşlər keçirmək, onların dərd-səri ilə tanış olmaq, seçicilərin etimadını qazanmaq çətin olsa da, Adil Əliyevin mehriban danışığı, sözünün ağası olaraq imkan daxilində seçicilərin bir çox problemlərinin həll olunması deputatlığa namizəd olan gəncin nüfuzunu daha da artırdı.

Adil Əliyevi gənclər, yeniyetmələr daha çox istəyirlər. Kikboqsinq Federasiyasının Prezidenti olaraq minlərlə gənclər, kütləvi axınla federasiyaya üzv yazılmağa başladılar. Gərgin məşqlər öz bəhrəsini verdi. Çempionatlar keçirilməyə başladı. Kikboqsinqçilərimiz beynəlxalq yarışlara qatıldılar. İdmançılarımız uğurlar qazanaraq ölkəyə yüzlərlə qızıl medal gətirdilər, Azərbaycan bayrağını mötəbər yarışlarda ən yüksək zirvələrdə dalğalandırırlar.Bu isə Adil Əliyevin dediyi kimi: "Azərbaycan gənclərinin hər birinin sağlamlığı ordumuzun güclənməsi deməkdir. Ali baş komandanımızın rəhbərliyi altında və sağlam gənclərimizin gücü sayəsində torpaqlarımızı tez bir zamanda erməni quldurlarından azad edəcəyik."

Adil müəllimdə olan enerjiyə heyran qalırdım. 2005-ci ildə hər axşam qərargaha yığışır, hər təbliğatçı vəkil öz ərazisi haqda məlumat verirdi. Bir gün Adil müəllim məni dilxor vəziyyətdə görən kimi yaxınlaşdı və dedi:Axar su həmişə təmiz olur

- Rauf, necəsən? Niyə dilxorsan?

S.Rəhman küçəsində yaşayan qonşumuz 40 yaşında bir gənc polis işçisinin avtomobili idarə edərkən qəfil ürək tutmasından vəfat etdiyini bildirdim.

Adil Əliyev yanındakılara dedi:

- İndi hazırlaşın, yas yerinə gedirik.

Biz yas məclisinə getdik və gələcəyin millət vəkili mərhumun ailəsinə nə lazım olarsa, onlara dəstək olacağını bildirdi. Onun belə nəcib və xeyirxah əməllərini saymaqla qurtarmaz.

Seçki vaxtı S.Rəhman küçəsinin bütün sakinləri Adil Əliyevə səs verdilər.

Adil Əliyev səs çoxluğu ilə qələbə qazanaraq Milli Məclisə deputat seçildi. 

2005-ci ildən bu günə qədər onun qərargahı seçicilərinin üzünə açıqdır. Dəfələrlə digər rayonların sakinləri də müşkül işlərini düzəltmək üçün Adil Əliyevə müraciət edirlər.

Hələ mən Adil Əliyevin gördüyü işlərin bir qismindən yazıram.

Bəzən bədxahlar xeyirxah insanlara qara yaxır, onları hörmətdən salmağa çalışırlar, lakin axar su həmişə təmiz olur.

Vaxtilə YAP-ın gənclər təşkilatında özünə mövqe qazana bilməyən, sonradan bu partiyanın əleyhinə çıxan, bir mövqeyi olmayan, həmişə onun-bunun sifarişi ilə işləyən Eynulla Fətullayev kimləri yuxarıda qeyd etdiyimiz kimi, belə vətənpərvər, xalqının mövqeyindən çıxış edən millət vəkilinə qara yaxa bilməzlər.

Xalqını, dövlətini sevən, xeyir-şərdən qalmayan, dostluğa sədaqətli olan Adil Əliyev həmişə seçicilərinin yanındadır.

Rauf İlyasoğlu

Gunaz.az

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ