SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 9 Fevral

Tarix:

9-02-2017, 02:27

/ 10 545 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 9 Fevral

 Namiq Abdullayev

 Azərbaycanın Milli Qəhrəmanı Namiq Vahid oğlu Abdullayev 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu. Azərbaycan respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Avşar kəndində dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır. 
  

***

Ələsgər Məmmədoğlu 

Azərbaycanın teatr, kino aktyoru və Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. O, "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Topal Teymur", "Ömrün səhifələri" və başqa bədii filmlərin də iştirakçısı olub. Xüsusilə "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı bu gün də uşaqdan-böyüyə hər kəsin üzündə gülüş yaradır. Aktyor son dəfə "Xoxan" filminə çəkilmişdir. 
  

*** 

 Məmməd Quliyev

Bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi Məmməd Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə «Simfonik musiqi bölməsi»nin fəal üzvlərindən biri olmuşdur.

 
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ