SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 6 Fevral

Tarix:

6-02-2017, 09:35

/ 10 448 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 6 Fevral

 Mirəsgər Seyidov

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi  6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Oxuduğu 39 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Hal-hazırda Mirəsgər Seyidov adına 15 nömrəli məktəb kimi tanınır. 

***

 Firəngiz Şərifova 

Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova 6 fevral 1924-cü il Bakıda anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. "Qaraca qız" (Yasəmən), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.
 
 
***

 Rafiq Əzimov

Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, "Yeddi oğul istərəm”, "Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 

 
 ***

Ağaxan Abdullayev 

Azərbaycan Respublikasının Xalq Artisti Abdullayev Ağaxan Minaxan oğlu 6 fevral 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülmüşdür.
 
***

 Həmidə Məmmədquluzadə

Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi Həmidə Məmmədquluzadə 6 fevral 1955-ci ildə vəfat edib. Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur. 2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir.
Gunaz.az
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ