SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-2 Fevral

Tarix:

2-02-2017, 11:30

/ 10 520 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-2 Fevral


 Akif Əkbərov  

Qarabağ müharibəsinin iştirakçısı Akif Əkbərov 2 fevral 1952-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun, Balyand kəndində anadan olmuşdur. 12 avqust 1992-ci ildə Kəlbəcərin Sarıyer yaylağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Beyləqan rayonunda dəfn edilmişdir. Akif Əkbərovun Beyləqan rayonunda büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır. Ailəli idi. 5 övladı yadigar qalıb.

 

***

 

 Məmmədov Məmməd 

 Məmmədov Məmməd Yarməmməd oğlu 1959-cu ildə Bakı şəhərində anadan olub. 2 nömrəli avtobus parkında sürücü işləyib. Bir qız övladı yadigar qaldı. Yanvarın 19-da axşam saat 9-da evdən çıxıb. Zarafatla anasına deyib ki, gedirəm sizi qorumağa. Hadisə leytenant Şmidt adına zavodun yanında olub. Məktəbli şəhid Larisa Məmmədova da atası Fərmanla Məmmədin avtobusunda olublar. Hava soyuq olduğundan adamlar avtobusda oturublar. Salonda olanlardan yalnız bir neçəsi sağ qalıb. Əksəriyyəti şəhid olub. Məmmədin bədənində 35 güllə yarası olub. Həmin gecə Məmmədin qardaşı Sabir də XI Qızıl Ordu meydanında yaralanıb. O artıq sağalıb. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Məmməd Məmmədov Şəhidlər Xiyabanında dəfn edilib.

 

 ***


 Bəşir Kərimov

 

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Bəşir Kərimov 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.  

 

Gunaz.az


 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ