SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-28 Yanvar

Tarix:

28-01-2017, 11:04

/ 9 992 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-28 Yanvar

 Ərəstun Mahmudov
 Ərəstun Mahmudov Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi  23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi. Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.

***

Cəlil Səfərov 
Cəlil Səfərov Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi 28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. Ailəli idi, iki övladı yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb. 

*** 

Salahov Şakir 

Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci il Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il -ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 
 ***

Mərifət Nəsibov 
Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.O, Qazaxlıların fəxridir. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu.  Qazax rayonunun Quşçu Ayrım  kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu. 
Qazax rayonun Məzəm kəndində dəfn edilmişdir.
  
 

Gunaz.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ