SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 3 Fevral

Tarix:

3-02-2017, 10:19

/ 8 253 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 3 Fevral

 Ələkbər Hüseynov

20 yanvar şəhidi Ələkbər Hüseynov 3 fevral 1956-ci ildə Totan kəndində anadan olub. Xanlar adına kolxozda sürücü işləyib. İki qız övladı var . Yanvarın 16-da erməni ekstremistləri kəndi tutmaq üçün növbəti cəhd etmiş, bu torpağın cəsarətli oğulları tərəfindən dəf olunub. Ələkbər Hüseynov bu atışmada həlak olub.Gəncə şəhərindəki Səbiskar qəbiristanlığında dəfn edilib. 
 
 
 
 
 
 
 
 

 

***

Bəylər Ağayev 

Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. Azərbaycan respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qaraağac kənd tam orta məktəbi onun adını daşıyır. Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilmişdir.
 
 
 

 *** 

 Firuddin Həsənov

20 yanvar 1969-cu ildə Bərdə rayоnunun Yеni Daşkənd kəndində anadan оlmuşdur. Qazaх Kənd Təsərrüfatı Tехnikumunda təhsil almışdır. 10 fevral 1993-cü ildə Bərdə rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya çağrılmışdır. Sıravi əsgər Firuddin Həsənov 701-ci hərbi hissənin avtomatçısı idi. 3 fevral 1994-cü ildə Kəlbəcər rayonunun Buzlaq yüksəkliyində gedən döyüşdə həlak olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur.
 
 
 
 
 
 
 
 

***

 İmran Mirzəyev 

Əsgər İmran Mirzəyev 2016-cı ilin fevralın 3-də Azərbaycan-Ermənistan dövlət sərhəddində ermənilərin təxribatının qarşısını alan zaman şəhid oldu. Fevralın 4-ü isə İmran Mirzəyev doğulduğu Yevlax rayonunun Aran qəsəbəsində son mənzilə yola salındı. İmran Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
 
 

Gunaz.az

 
 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ