SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 7 Fevral

Tarix:

7-02-2017, 02:27

/ 10 462 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 7 Fevral

 Mübariz İbrahimov 
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Azərbaycanda "İlin adamı" (2010). Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Mübariz düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

 ***

  Firuddin Şamoyev

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ  müharibəsi şəhidi Firuddin Şamoyev 1962-ci il 7 fevral Qazax şəhərində anadan olmuşdur. Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qazax şəhərindəki məktəblərdən biri qəhrəmanımızın adını daşıyır.

***

Nazim Quliyev  

 Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ  müharibəsi şəhidi Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Füzuli rayonunda dəfn edilmişdir. Yuxarı Yağləvənd və Örənqala məktəbləri onun adını daşıyır.
 

***

 Nazim Babayev 

 Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ  müharibəsi şəhidi Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir. Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur.

 ***   

 Tofiq Tağızadə

 Azərbaycan SSR xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirdi. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi. Bu böyük sənətkarın xatirəsi kinonu sevənlərin qəlbində əbədi yaşayacaqdır.

 ***

 Şövkət Ələkbərova 

Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə vəfat etmişdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ