SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-27 Yanvar

Tarix:

27-01-2017, 12:14

/ 8 386 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-27 Yanvar

  Sara Aşurbəyli
Azərbaycan alimi, tarixçisi və şərqşünası Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir. Azərbaycan Dövlət Mükafatı laureatı, "Şöhrət" ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin Fəxri Doktoru adını almışdır.

 

 ***

  Ofeliya Aslan 

 Ofeliya Aslan 1939-cu il 27 yanvar Bakıda anadan olmuşdur. Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. 

 *** 

 
 Məhəbbət Kazımov
Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımov (Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov) 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdü. 1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi. 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.

***

İsmayıl bəy Qutqaşınlı   

Azərbaycan yazıçısı, İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə Qurban bayramında, keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. Adı da bu bayrama görə verilmişdir. İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.
 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ