SON DƏQİQƏ
» » ermənistan xəritədən silinəcək: DƏHŞƏTLİ PROQNOZ

ermənistan xəritədən silinəcək: DƏHŞƏTLİ PROQNOZ

Tarix:

2-01-2017, 16:15

/ 9 483 dəfə oxundu.
ermənistan xəritədən silinəcək: DƏHŞƏTLİ PROQNOZ

"Tamamilə mümkündür ki, Donald Trampın siyasəti hansısa ölçüdə kiçik ölkələrin vəziyyətini dəyişdirəcək”.
Gunaz.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mümkün xarici siyasətini şərh edən erməni ekspert İqor Muradyan "Lragir” nəşrində yazıb.
Amma onun sözlərinə görə, vassal ölkələr ABŞ-ın dəstəyinə bel bağlaya bilməz. Erməni ekspert bu ölkələrin arasında müstəqilliyini itirən Ermənistanın da olduğunu bildirib. "Bəli, Ermənistan heç bir halda öz şanslarını gözləyə bilməyəcək. Onu daha böyük vassalizasiya, yoxsulluq, siyasi və hərbi acizlik gözləyir”, - deyə o vurğulayıb.
Ekspert bildirir ki, amma ABŞ-ın regional siyasəti daha geniş diapazona çox malikdir: "Regional siyasət yeni partnyorları seçməyə və yeni assosiasiyaları yaratmağa hədəflənib. Hər halda amerikalılar onlar üçün xoşagəlməz regional siyasət dövründən qurtulmağa çalışırlar. ABŞ Ukrayna və Şərqi Avropa üzrə siyasətini davam etdirməli olacaq. Çünki bu regiona nəzarət etmədən Avropa üzrə iddiaları həyata keçirmək mümkün deyil. Amma Avropa və Yaxın Şərqdə regional siyasət NATO-suz qeyri-mümkündür”.
İqor Muradyan qeyd edir ki, ABŞ-ın Qara dəniz və Cənubi Qafqaz üzrə geosiyasəti Ermənistansız həyata keçiriləcək: "Görünür, Cənubi Qafqazda ABŞ-ın vəzifələrin yenidən radikal nəzərdən keçirilməsi olacaq və kimsə güzəşt etməli olacaq. Amma Ermənistan siyasi xəritədən yox olacaq. Hər şeydən əvvəl, erməni silahlı qüvvələri dağılacaq. Erməni ordusu hətta Azərbaycandan müdafiə məsələlərini müstəqil həll etmək qabiliyyətini itirəcək. Amma ABŞ-ın bu proseslərlə əlaqəsi olacaqmı? Əlbəttə, yox. ABŞ-ın qarşısında daha böyük qlobal məsələlər dayanır, nəinki regional. Və tezliklə aydın olacaq ki, Ermənistanın yeri regionun küncündə olacaq”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ