SON DƏQİQƏ

Azərbaycanda uşaqlar arasında piylənmə artıb

Tarix:

15-04-2021, 18:43

/ 6 324 dəfə oxundu.
Azərbaycanda uşaqlar arasında piylənmə artıb

"Son 20 il ərzində Azərbaycanda uşaqlar arasında piylənmənin artım tendensiyası müşahidə edilir. Bunun da səbəbi Qərb mətbəxindən "fast food”ların geniş yayılmasıdır”. 

GünAz.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 2019-cu ildə piylənmə ilə əlaqədar 1 234 nəfər ilkin dispanser qeydiyyatına alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır:

 

"Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Bu da o deməkdir ki, bu sahədə artım tendensiyası müşahidə olunur.

Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ