Dünya alimləri Yer kürəsini gələcəkdə təhdid edəcək təhlükələrlə bağlı bir sıra hesablamalar aparıb. Hesablamalara görə, müxtəlif illərdə planetimizdə köklü dəyişikliklər baş verəcək və bu da insanlarla yanaşı bütün canlı aləmin həyatına ciddi təsir göstərəcək. 10 min il sonra Qlobal istiləşmə nəticəsində dəniz suyunun səviyyəsi 3-4 metr yüksələcək. Bəzi alimlər iddia edir ki, dünyada insan qalmayacaq. 13 min il sonra Yer oxu tərsinə çevriləcək və bu da dünya orbitinin əks tərəflərində yay və qışın gəlməsinə səbəb olacaq. 15 min il sonra Saxara səhrası tropik iqlimə sahib olacaq və bununla da dünyanın ən böyük səhrası yox olacaq. 20 min il sonra 1986-cı ildə Çernobıl qəzasından sonra tərk edilən ərazilər yaşayış üçün əlverişli olacaq. 36 min il sonra Kiçik qırmızı planet Ross 248 Günəşə ən yaxın ulduz olacaq. 50 min il sonra Şimali Amerikanın şərqindəki Niaqara şəlaləsi tamamilə yox olacaq. 100 min il sonra Kainatdakı ən böyük ulduz olan "VY Canis Majoris” hipernova nəticəsində patrtlayıb yox olacaq və Dünyanın böyük hissəsi lava altında qalacaq. 200 min il sonra Havay adalar qrupunda sualtı vulkanın püskürməsi nəticəsində okeanın ortasında bir ada yaranacaq. 300 min il sonra "VR 104 Pinvhell” nebulasında yerləşən bir cüt ulduz sistemi supernova nəticəsində yox olacaq. Bu partlayış nəticəsində yaranacaq qamma şüaları Yerdəki yaşayış üçün böyük təhlükə törədəcək. 500 min il sonra Dünyaya qarşısını almaq mümkün olmayan 1 km-lik asteroid düşəcək. 1 milyon il sonra Dünya vulkanik partlayışların təsiri altına düşəcək və hər şey lava altında qalacaq. 2 milyon il sonra ABŞ-dakı Böyük Kanyon getdikcə dərinləşəcək. 10 milyon il sonra Suların yüksəlməsi nəticəsində Afrika qitəsinin bir qismi materikdən ayrılacaq və ayrıca ada olacaq. 50 milyon il sonra Marsın peyki olan "Fobos” Marsla toqquşacaq. 100 milyon il sonra Dünya yox olacaq. Saturnun halqası da həmçinin. 250 milyon il sonra Yer kürəsindəki qitələrdə dəyişiklik olacaq. Kaliforniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd Yolu qalaktikasındakı bütün dövrəni tamamlayacaq. 600 milyon il sonra Dünyada bitki örtüyü qalmayacaq və meşələr tamamilə yox olacaq. 800 milyon il sonra Dünyada karbon dioksidin səviyyəsi düşəcək. Oksigenin də azalması səbəbindən dünyada yaşayış olmayacaq. Yer kürəsində yalnız təkhüceyrəlilər yaşayacaq. 1 milyard il sonra Günəş dünyaya şaquli vəziyyətdə baxacaq və bunun nəticəsində də okeanlar yox olacaq. 2 milyard il sonra Dünyanın daxili nüvəsi ildə 1 mm sürətlə böyüyəcək və bunun nəticəsində də xarici nüvə donacaq. Xarici nüvə olmadan dünyanın maqnit sahəsi yox olacaq və Günəşdən gələn radiasiyalar atmosferi yox edəcək. 4 milyard il sonra Yerdən 2.5 milyon işıq ili uzaqlığındakı Andomeda qalaktikası bizim qalaktika ilə toqquşacaq. 7 milyard il sonra Günəş dünyanı tamamilə məhv edəcək. 14 milyard il sonra Günəş qara planetə çevriləcək və bir daha görünməyəcək