SON DƏQİQƏ

Trampın addımları: Dünyada nə gözlənilir?

Tarix:

1-02-2017, 09:22

/ 4 151 dəfə oxundu.
Trampın addımları: Dünyada nə gözlənilir?

Amerika dünya bazarına əlavə neft çıxararsa, bu, dollara və dünya bazarına təsir edəcək və müəyyən problemlər qaçılmaz olacaq.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputatın qənaətinə görə, Trampın keçən 10 gün ərzində atdığı addımlar hələlik onun seçkiqabağı yerinə yetirməyə söz verdiyi öhdəlikləridir:
"Trapmın verdiyi açıqlamalar Amerikada qeyri-adekvat qarşılanır, narazılıqlar artır. Hələ ki, iqtisadiyyatla əlaqədar ciddi addımlar atılmayıb. Hazırda dünya siyasi həyatında çox ciddi dəyişikliklər gedir. Birincisi, Ukrayna sərhədində ruslarla müharibə alovlanır, təhlükə böyüyür. İkincisi, Trampın müsəlman miqrantları ilə bağlı sərəncamı həm Amerikada, həm də digər dövlətlərdə çox böyük etirazlara səbəb olub”.
Millət vəkili bildirib ki, əgər neftlə bağlı gözlənilən qərar verilərsə, dünya iqtisadiyyatı geriləyəcək:
"Amerika dünya bazarına əlavə neft çıxararsa, bu, dollara və dünya bazarına təsir edəcək və müəyyən problemlər qaçılmaz olacaq”.
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər