SON DƏQİQƏ

Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısı tərtib olunub

Tarix:8-11-2019, 23:40 Oxunub:709

Avropanın Statistika Agentliyi Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Agentliyin məlumatına əsasən, Avropanın ən təhlükəli ölkəsi Belçikadır. Belə ki, 2017-ci ildə ölkədə 100 min nəfərə qarşı törədilən cinayətlərin sayına görə göstərici (167) bütün üzv ölkələrindən çoxdur. İkinci yerdə Fransa (150) və İspaniya (144) yerləşir. Böyük Britaniya (132) və Portuqaliya (115 cinayət) da bu siyahıda yer alır. Aİ-də ən təhlükəsiz ölkələr isə Slovakiya və Macarıstan (9), Sloveniya (12), Kipr (14), Estoniya və Çexiya (15), həmçinin Rumıniyadır (16 cinayət).

Qeyd olunur ki, 2011-ci ildən 2017-ci ilə kimi Avropa İttifaqında qarət hallarının sayı 24 faiz azalıb və 522 min hadisədən 396 min hadisəyə enib. Bununla yanaşı, təkcə 2017-ci ildə Avropadakı hücumların sayı 1,1 milyonu keçib. Ən çox qəsdən öldürmə halları Latviya, Litva, Estoniya və Maltada, ən az isə Lüksemburq, Çexiya, İtaliya və Avstriyada qeydə alınıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<