SON DƏQİQƏ
» » “WHATSAPP” MƏXFİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQ EDİR – İDDİA

“WHATSAPP” MƏXFİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQ EDİR – İDDİA

Tarix:

16-05-2019, 14:07

/ 384 dəfə oxundu.
“WHATSAPP” MƏXFİ XİDMƏT ORQANLARI İLƏ ƏMƏKDAŞLIQ EDİR – İDDİA

ONN media xəbər verir ki, “Telegram”ın yaradıcısı Pavel Durov “WhatsApp” messencerinin istifadəçilər üçün heç vaxt təhlükəsiz olmadığını və olmayacağını bəyan edib. 
 
Bununla bağlı sosial şəbəkədə “Nə üçün “WhatsApp” heç vaxt təhlükəsiz olmayacaq?” (ing. Why WhatsApp Will Never Be Secure) başlıqlı köşə yazısı dərc olunub.
 
“Telegram” yaradıcısının bildirdiyinə görə, “WhatsApp” rəhbərliyi ekspertlərin istifadəçilərə qarşı olan etinasız münasibəti ifşa etməməsi üçün qeyri-şəffaf fəaliyyət göstərir.  
 
“Hər dəfə “WhatsApp” öz tətbiqində kritik həssaslığı aradan qaldıranda onun əvəzinə yenisi peyda olur. Onların təhlükəsizliklə bağlı bütün problemləri “bekdorlar” (back door – alqoritm nöqsanı) kimi işləyir”, – deyə Durov yazıb.
 
Durovun sözlərinə görə, İran və Rusiya kimi dövlətlər bu messencerin işinə hər hansı əngəl yaratmır və bu, “Facebook” və “WhatsApp” rəhbərliyinin məxfi xidmət orqanları ilə əməkdaşlıq etməsinə işarədir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ