SON DƏQİQƏ

Qəhvə haqqında 12 maraqlı fakt

Tarix:

31-03-2017, 20:31

/ 5 960 dəfə oxundu.
Qəhvə haqqında 12 maraqlı fakt

Hər kəs həyatında ən az bir dəfə qəhvə içmişdir. Bu günə qədər ancaq faydaları və zərərləri haqqında çox yazılar oxuyub, eşitmişik. Ancaq, bu dəfə qəhvə haqqında maraqlı faktları sizlərə təqdim edirik.
Qəhvə Miladdan sonra 800-cü illərdə efiopiyalı bir çoban tərəfindən tapılmışdır. Əfsanəyə görə, çoban qəhvənin meyvəsini keçilərə yedirtmişdir, sonra keçilər daha çox hərəkət etməyə başlamışdılar. Bu hadisədən sonra bir rahib qəhvəni hazırlayıb içmiş, gecə yata bilməmişdir. Bununla da kofenin yuxuqaçırıcı kimi istifadə olunması düşünülmüşdür.
Qəhvə dondurularaq saxlanılan ilk qidadır. Qidaların qorumaq üçün dondurulması ilk dəfə II Dünya Müharibəsi zamanı edilmişdir.
Dünyada ən bahalı qəhvə pişik ifrazatından hazırlanır. Mis pişiyi kofe dənələri ilə bəslənir, onu mədəsində həzm edərək ifraz edir və qəhvə hazırlanır. Balidə həmin "luwak” qəhvəsinin bir fincanı 30 euro-ya satılır. 
"Cappuccino” sözü fransız rahiblərinin geyimin adından yaranmışdır. kappuçinonun rəngi həmin rahiblərin paltarı rəng olduğu üçün bu cür adlandırılır.
Dünyanın ən bahalı qəhvələrindən digəri isə fil gübrəsindən əldə edilir. Taylandda istehsal edilən bu kofe qəhvə dənələrinin fillər tərəfindən toplanmasından hazırlanır. Pişiklərdə olduğu kimi həzm olunan qəhvə sonrakı prosesdə ifrazatdan ayrılır.
Axşam saatlarında içdiyiniz kofe yuxunuzu 40 dəqiqə gecikdirir.
Dünyada qəhvə istehsal edən ölkələr "coffee belt” yəni qəhvə kəməri adlandırılır. Qəhvə ən çox tropik ərazilərdə əkilir.
1600-cü illərdə qəhvəyə süd əlavə etməyi düşünən fransız bir həkim imiş.
Qədim ərəb mədəniyyətinə görə boşanmaq qəhvədən asılı imiş. Belə ki, evə yetəri qədər qəhvə gətirməyən kişidən həyat yoldaşı qanuni şəkildə boşana bilərmiş.
Yaponiyada qəhvə spa salonları da mövcuddur. Çay və şərab kimi digər seçimlər də var.
Kofenin gün ərzində maximum içilmə həddi 100 fincandır. Fransız yazıçı Onore de Balzak əsər yazarkən gün ərzində 50 fincan qəhvə içirdi.
Hər gün ortalama olaraq 400 milyon fincan qəhvə içilir. Dünyada sudan sonra ən çox içilən içki hesab olunur.

GUNAZ.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ