SON DƏQİQƏ
» » Alimlər vərəmə qarşı ilk vaksinini ixtira ediblər

Alimlər vərəmə qarşı ilk vaksinini ixtira ediblər

Tarix:

19-01-2017, 14:56

/ 4 219 dəfə oxundu.
Alimlər vərəmə qarşı ilk vaksinini ixtira ediblər

ABŞ bioloqları vərəmə qarşı son əsrin ilk vaksinini yaradıb və onu siçanlar üzərində uğurla test ediblər. Elm adamları yeni ixtiranın vərəm çöplərinə qarşı mübarizədə kömək edəcəyinə əminliklərini ifadə ediblər.
Bu istiqamətdə aparılan tədqiqatlarda iştirak edən Yeni Zelandiyanın Palmerston Gopkirka Araşdırma İnstitutunun əməkdaşı Axel Gaiser bildirib: "Biz mikrobu məhv edib, hissələrə bölərək onun tərkibindəki bio-damcıları ayırdıq. Bu damcılar təbii məhsuldur və orqanizmdə asanlıqla çürüyür. Biz bu damcıları siçanların orqanizminə daxil edib immun sisteminin ona qarşı reaksiyasını müşahidə etdik. Tədqiqatın tamamlanması üçün vurulan məhluldan sonra siçanların bu infeksiyaya qarşı reaksiyası müşahidə ediləcək”.
Qeyd edək ki, vərəm bu gün xərçəng və ürək-damar xəstəlikləri ilə yanaşı dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Hazırda bu infeksiyaya qarşı mübarizədə yalnız fransız alimləri Albert Kalmettom və Kamil Geren tərəfindən 1921-ci ildə hazırlanmış KJB vaksinindən istifadə edilir ki , bu da vərəmə qarşı güclü və etibarlı vasitə sayılmır. Vaksinasiya olunmuş insanın vərəmə yoluxmaq və xəstələnmək ehtimalı qalır. Bir sıra ölkələrdə aparılan tədqiqatlar göstərmişdir ki, KJB vaksinasiyanın effektivliyi 0%-dən 80%-ə qədər dəyişir. Ekspertlər hesab edirlər ki, KJB vaksinasiyanın qoruyucu effekti orta hesabla 10-20 il ərzində saxlanılır və KJB vərəm meningiti və vərəmin yayılmış formalarının rast gəlinmə tezliyini azalmasına kömək etsə də, vərəmin digər formaları ilə xəstələnmə və vərəm residivlərinin inkişafına az təsir göstərir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ