SON DƏQİQƏ
» » Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Tarix:

6-04-2019, 11:42

/ 10 389 dəfə oxundu.
Direktoru döyən aktyorla bacısı oğlu yenidən məhkəmə önündə

Məktəb direktorunu döyən “Drakon” ləqəbli aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmə yenidən təyin olunub.

GunAz.az-ın verdiyi xəbərə görə, martın 4-də keçirilən hazırlıq iclasında işə baxan hakim Ələddin Cəfərov özü-özünə etiraz etmişdi. Belə ki, hakim bu iş üzrə şahid olduğu üçün prosesə sədrlik edə bilməyəcəyini açıqlamışdı. Ə.Cəfərov Nizami rayon məhkəməsinin sədri olduğu üçün onun etirazına Bakı Apellyasiya Məhkəməsində baxılıb və etiraz təmin edilərək iş yenidən rayon məhkəməsinə qaytarılıb. Bu dəfə iş başqa bir hakimin sədrliyi ilə araşdırılacaq. İlkin hazırlıq iclası aprelin 10-na təyin edilib.

Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən qalmaqal sonradan əlbəyaxa dava ilə nəticələnmişdi.

Rza Rzayev və Toğrul İbrahimli Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ