SON DƏQİQƏ
» » Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü

Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü

Tarix:

27-12-2017, 19:52

/ 1 166 dəfə oxundu.
Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü

Bu gün Cəlilabad rayonunda dəhşətli qətl törədilib. 
Gunaz.az Lent.az-a istinadən xəbər verir ki, saat 14 radələrində rayon mərkəzindən Uzuntəpə kəndində gedən yolda hərəkətdə olan marşrut avtobusunda 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 18 yaşlı Əvəz Həmzəyev polisə təslim olub.
Bildirilir ki, R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı da olub.
Araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ