SON DƏQİQƏ
» » İçki məclisində qanlı olay: Qonaq öldürüldü

İçki məclisində qanlı olay: Qonaq öldürüldü

Tarix:

30-10-2017, 20:53

/ 743 dəfə oxundu.
İçki məclisində qanlı olay: Qonaq öldürüldü

Xaçmaz rayonunda qətl baş verib.

Gunaz.az xəbər verir ki, 1964-cü il təvəllüdlü rayon sakini Bəxtiyar Çobanov yaşadığı evdə1968-ci il təvəllüdlü tanışı Hikmət Babayevi bıçaqlayaraq öldürüb.

Hikmət oktyabrın 29-da Bəxtiyarın Xudat şəhərində yerləşən evinə qonaq gəlib. Evdə içki məclisi qurulub. Sərxoş olandan sonra tanışların sözü çəpləşib. Hikmət Bəxtiyarın ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Bəxtiyar bıçağa əl atıb.

Hadisəni törədən Bəxtiyar Çobanov həbs edilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ