SON DƏQİQƏ

Cindar

Tarix:

11-08-2017, 13:39

/ 5 986 dəfə oxundu.
Cindar


Satirik qələmlə

 

Nə qədər ki, müqəddəs kitabımız olan "Quran-Kərim”dən uzaqlaşırıq, cindarların, falabaxanların sayı günü-gündən artır. Öncəgörücülər televiziya ekranına çıxarılır, uşaq və gənclərdə pozucu sarsıntılar, qorxu yaradırlar.
Falçıların əksəriyyəti istənilən insanları tora salır, bədənində cin var deyə öz istəklərini yerinə yetirməklə haram pul qazanırlar. "Qurani-Kərim” fala baxmağı - ulduz falını, cadu-pitini qadağan edib.
Bəzən də molla dua yazır, təsadüf nəticəsində həmin insan sağalır, hər şeyi dua yazan mollada görüb, ona inanmağa başlayırlar. Əslində tək Allah hər işə qadirdir. Yaradan da Odur. Allaha dua etmək lazımdır.
Dədə-babadan adını seyid adlandıran Molla İbadulla cindarlıqla məşğul idi. Gələn xəstələrə tas qurar, dua yazar, sağaldardı. Kənd əhli də onu tərifləyərdi. Çünki qazancından qonşulara da verər və onu təbliğ etməyi tapşırardı.
Ərə getmək istəyən, uşağı olmayan, baxtı bağlanan, dəli olan, stress keçirən onun yanına gələr, üç gün ocağında yatardı. Mövhumatçı insanlar övladlarının sağalması üçün hər şeyə hazır olardılar.
Bir gün Yaqut adlı tanışım molla İbadullanın yanına gedir. Hər kəsi tək qəbul edən İbadulla 15-20 dəqiqə xəstəsi ilə söhbət edər, arvadı isə qonşu otaqda gələn qonaqlara çay süzər və deyərdi: Siz baxmayın, kişi "Quran”a baxır, ağırlığı sizin üzərinizə düşməsin. Yaqut "Quran” kitabının altına 20 manat pul qoyub, qan-tər içərisində qonşu otağa keçdi və biz yola düzəldik. Bir neçə gündən sonra Yaqut mənə dedi: Rauf, bu kişi lap yanıq imiş ki?! Mənə qarşı əl hərəkətləri edir, belimi, sinəmi sığallayırdı. Amma köpək oğlu elə dua yazıb ki, avtomobilimi saatda 120 ilə sürürəm, bir polis də mən tərəfə baxmır.
Onu da qeyd edim ki, Molla İbadullanın yanına gələn kişilərin hərəsinə bir qarqara sap verib deyirdi ki, bunu aç, amma uzat, düz küçəyə, həyətə qədər get və Allaha dua elə. Özü isə kişini yola verəndən sonra arvadın başına bir əl çəkir və onun dümbəyini sığallayardı.
Yazıq kişi qarqara açmaqda olsun, əlqərəz, bir dəfə molla İbadullanın yanına bir gənc ailə gəlir. 6 ildir ki, övladları olmadığını deyirlər. Molla İbadulla bic-bic cavan, yaraşıqlı gəlinə baxaraq saqqalını tumarlayır və udqunaraq deyir:
- Mənim balam, bu otaq ocaqdır. Gərək üç gün burada yatıb Allaha dua edəsən. Cəddim cənabə Peyğəmbər köməyində durar. Tezliklə övladın olar. Amma gecə yuxuda nə görsən, gəlib səhər mənə danışarsan. Ola bilər ki, qurban olduqlarım gözünə görsənər, elə bilərsən səni qara basır, qorxma bala. Onlar sənə şəfa əta edərlər.
Molla İbadulla bir müddətdən sonra qonaqları yola salır, gənc gəlin isə ocaq adlandırılan hisli-paslı otaqda Allaha yalvarır, sidq ürəklə zikr edirdi. Elə ki, Molla Qeybullanın arvad-uşağı yuxuya gedir. O gecə saat 4:00 radələrində ağ əmmaməni başına taxır, ağ kəfəni əyninə geyinərək "ocağa” daxil olur. Baxır ki, göyçək gəlin bərk yuxuya gedib. Yavaş-yavaş yaxınlaşıb bismillah deyə-deyə gəlinin ağ bədəninə əl atır. Gəlin yuxudan ayılıb mat-mat "qurban olduğuma” baxır. Birdən ağ əmmaməli kişi yorğanı qaldıraraq gəlinin yanına girib ona təcavüz etmək istəyəndə gəlin avam da olsa cindarın kələyini başa düşür və çırpınaraq qocanın əlindən qurtulur.
Gecə köynəyi ilə evdən çölə atılan gənc gəlin üz tutur üzümlüyə. Tikanlı kollar bədənini cızsa da, o, sürətlə qaçaraq üfunət iyi verən yaşlı cindardan yaxa qurtarmağa çalışır. Molla İbadulla isə sakit halda gəlib yerinə uzanır. İstəmir ki, arvad-uşaq oyansın.
Cavan gəlin 15 kilometr yolla qaçaraq səhər açılanda rayondakı evlərinə çatır. Darvazanı döyəcləyir. Əri, qayınatası, qayınanası bu səsdən diksinib çölə çıxırlar. Gəlini al-qan içində görüb çox qəzəblənirlər. Gəlin başına gələnləri mövhumatçı doğmalarına danışır. Onlar gəlini evdə qoyub təcili kəndə qayıdaraq Molla İbadullanı evdə var-gəl edən vaxtı tapırlar və soruşurlar: Hanı gəlin?
- Ay bala, indi burda idi, bəlkə su başına çıxıb, - deyə yayınmağa çalışan cindarı avtomobilə mindirib deyirlər:
- Gedək gəlini axtaraq. Üzümlüyün sıx yerində Molla İbadullanı avtomobildən düşürdürlər. Avtomobilin mantrofkasını (ruçkasını) cindarın anus dəliyindən salaraq sağa-sola burub bağırsaqlarını bir-birinə dolayıb ölümcül hala salırlar.
Kişilikdən məhrum olan Molla İbadullanın arvad-uşağı gecə yarısı onu üzümlükdə zarıyan vəziyyətdə tapırlar.
Xəstəxanada uzun müddət müalicə olunan Molla İbadulla həkimlərdən xahiş edir ki, onun kişiliyini bərpa etsinlər. Hamıya əlac edən, dua yazan molla İbadulla öz dərdinə hələ də dərman tapa bilmir.
Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ