SON DƏQİQƏ

"Qədr gecəsi" surəsinin izahı - Ramazan ayı

Tarix:

14-06-2017, 03:25

/ 4 870 dəfə oxundu.
"Qədr gecəsi" surəsinin izahı - Ramazan ayı

Quranda "Əl-Qadr" ("Qədr gecəsi") surəsinin izahı:
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olur.
Həqiqətən, biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
Uca Allah bu ayədə "Biz” dedikdə, öz əzəmətini və ucalığını bildirir. O, "Qurani Kərim"də bu ayədə olduğu kimi bəzən özünü əzəmətləndirərək, "Biz” deyə zikr edir. O buyurur: "Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə, biz də onu qoruyacağıq” (Əl-Hicr, 9).
Bəzən də öz təkliyini bildirərək, "Mən" deyə zikr edir. Uca Allah buyurur: "Həqiqətən, mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14).
Bu ona görədir ki, Allah həm təkdir, həm də əzəmətlidir. O ayələrdə ki, uca Allahın sifətləri zikr edilir, həmin ayələrdə əzəmət bildirən əvəzlikdən istifadə olunur. Həmçinin, o ayələrdə ki, söhbət Uca Allahın təkliyindən gedir, həmin ayələrdə təkdə olan əvəzlikdən istifadə olunur. Allah təala Quranı Qədr gecəsində nazil etmişdir. Bu o deməkdir ki, Quran Qədr gecəsində nazil olmağa başlamışdır. Qədr gecəsi Ramazan ayındadır. Allah təala buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir” (Əl-Bəqərə, 185). Bu və yuxarıda qeyd olunan ayələri cəm etdikdə Quranın Ramazan ayında, Qədr gecəsində nazil olması sübüt olunur. Qədr sözü şərəf, həmçinin təqdir deməkdir. Çünki, Qədr gecəsi şərəfli, qədir-qiyməti böyük olan bir gecədir. Həmçinin, o gecə bir illik qədər təqdir edilir. 
Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
Ayədəki sualın bu cür qoyuluşu haqqında soruşulan ismin əzəmətli olduğunu bildirir. "Qurani Kərim"də bu cür cümlələrə çox rast gəlmək olur. Məsələn, başqa bir ayədə belə deyilir: "Səndən o saat barəsində: "O nə vaxt qopacaq?”– deyə soruşurlar. Axı sən onu haradan biləsən?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən” (Ən-Naziat, 42-45).
Yəni sən Qədr gecəsinin şərəfini və əzəmətini haradan biləsən. Sonra Uca Allah bunu açıqlayaraq buyurur:
Qədr gecəsi min aydan xeyirlidir
Bu cümlə əvvəlki ayədəki sualın cavabıdır. Bu ayədə "xeyirlidir” dedikdə Qədr gecəsində edilən yaxşı əməlin mükafatı nəzərdə tutulur. Həmçinin, Qədr gecəsində Uca Allahın müsəlmanlara xeyir-bərəkət nazil etməsi nəzərdə tutulur. Sonra Allah təala o gecədə baş verənləri bildirərək buyurur:
O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər
Qədr gecəsində mələklər tədriclə yerə enirlər. Mələklər yeddi qat səmanın sakinləridir. Ona görə də onlar yer üzü dolana qədər tədriclə yerə enirlər. O gecə mələklərin yerə enmələri Allahın mərhəmətinin, xeyir-bərəkətinin yerə nazil olmasını bildirir. Belə ki, mələklərin bir yerə daxil olmaqdan imtina etmələri həmin yerin xeyir-bərəkətdən uzaq olmasına dəlalət edir. Məsələn, Peyğəmbərin səhih hədislərində xəbər verilir ki, mələklər it və surət olan yerlərə, yəni insan və heyvan şəkli və ya heykəli olan yerlərə daxil olmazlar. Odur ki, olduğunuz yerlərə surət qoymaqla mələklərin daxil olmalarına maneçilik törətməyin!
Həmçinin, bu ayədə Ruhun, yəni Cəbrayıl adlı mələyin enməsi bildirilir. Uca Allahın onu burada xüsusi qeyd etməsi onun şərəf və fəzilətini bildirir.
O gecə sübh açılanadək əmin-amanlıq olur
O gecə mələklərin yerə enməsi sübh açılanadək davam edir. Dan yeri söküləndə isə Qədr gecəsinin vaxtı bitir. Qədr gecəsinin "salam" (əmin-amanlıq) olaraq vəsf edilməsi, o gecəni ibadətlə keçirənin günahlardan və Allahın cəzasından salamat olmasına görədir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Kim Qədr gecəsini imanla və mükafatını Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar”. (Əl-Buxari, 35). Şübhəsiz ki, günahların bağışlanması cəzadan salamat olmaq deməkdir.
Həkimlər həqiqəti gizlədir! Varikozun evdə asan müalicəsi!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ