SON DƏQİQƏ
» » "Nəqşibənd" təriqəti siyasi oyuna salmaq üçün çox güclü bir vasitə idi

"Nəqşibənd" təriqəti siyasi oyuna salmaq üçün çox güclü bir vasitə idi

Tarix:

18-06-2017, 22:36

/ 4 596 dəfə oxundu.
"Nəqşibənd" təriqəti  siyasi oyuna salmaq üçün çox güclü bir vasitə idi

"Nəqşibənd" təriqəti Şimali Qafqazın müsəlman xalqlarını siyasi oyuna salmaq üçün çox güclü bir vasitə idi.
Bu təriqət Qafqaza 1823-cü ildə Buxaralı Xass-Məhəmməd tərəfindən gətirilmişdir. Təbii ki, Orta Asiyadakı Xacələr və Qafqazdakı Şeyxlərin çoxu yəhudi mənşəli fitnəkarlar idi. Bildiyimiz kimi, yəhudilər əsrlərlə Dünyanı qarışdırmaq istəmiş və buna da müvəffəq olmuşdurlar. O dövrdə savadsız dağlıları ələ almaq və beyinlərini yumaq iki vur iki idi. Nəqşibənd təriqəti də Vəhhabizmdən seçilmir. Belə götürsək, Vəhhabizm sırf dini-hərbi ideologiyadır, Nəqşibənd isə sufi-dini-hərbi məzmunlu təriqətdir. Daha doğrusu, o vaxt həm Şeyx Şamil və həm də onun kimi başıpozuq insanlar vəhhabi əqidəli və milli şüurdan məhrum olmuş bədbəxtlər idi. İngilis-yəhudi ittifaqının əlində oyuncağa çevrilmiş Şeyx Şamil tutulub Sankt-Peterburqa aparılanda ondan soruşmuşdular: "Sən Türksən?" cavabında isə Atası Qumıq türkü və Anası isə Avar türkü olan şamil belə cavab vermişdi: "Mən müsəlmanam". Sizcə, bu, milli şüurun öldüyünü göstərmir mi? Bəli, həm ruslar, həm ingilislər və həm də ki, yəhudilər üçün çox əlverişli idi ki, Qafqazda Türk məfhumu yox olsun və bu soydan olan igidlər isə milli şüurdan məhrum olsunlar. Necə ki, olublar da. Atillanın zamanında onun ordusunun yarısı Avarlar təşkil edirdilər. Avarlar da Türksoylu xalqdır. Amma onlarda elə bir psixologiya yaradıblar ki, türklərdən heç xoşları gəlmir. Çeçenə və ya avara deyəndə ki, sən türksoylusan, qayıdıb deyir ki, yox, mən müsəlmanam, vəssalam. Ona görə də çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, düşmənlərimizin bu mənfur niyyəti haradasa həyata keçdi. Yəni Türk məfhumu Qafqazda çox böyük zədələnməyə məruz qaldı.

 Ərtoğrul Yurdaər
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ