SON DƏQİQƏ

Azərbaycan nefti də bahalaşdı

Tarix:

26-06-2020, 10:18

/ 3 476 dəfə oxundu.
Azərbaycan nefti də bahalaşdı

Dünya birjalarında neftin qiyməti qalxır.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 41,61 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar bahalaşaraq 39,21 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb.

"Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 42,19 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ