SON DƏQİQƏ
» » Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb - Prezident

Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb - Prezident

Tarix:

21-02-2020, 22:01

/ 1 363 dəfə oxundu.
Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb - Prezident

Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.

GunAz.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.

“Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır”, - deyə dövlət başçısı bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ