SON DƏQİQƏ
» » Azərbaycan əhalisinin banklarda olan əmanətləri açıqlandı - 8 milyard...

Azərbaycan əhalisinin banklarda olan əmanətləri açıqlandı - 8 milyard...

Tarix:

19-12-2019, 12:20

/ 732 dəfə oxundu.
Azərbaycan əhalisinin banklarda olan əmanətləri açıqlandı - 8 milyard...

2019-cu il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 8 milyard 811,1 milyon manat təşkil edib.

GunAz.az-ın məlumatına görə, əmanətlərin 55,4 faizi xarici, 44,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb.

2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 445,8 milyon manat təşkil edib, onun 11 milyard 758,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6 faizini təşkil edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ