SON DƏQİQƏ

Balqabaq tumları..

Tarix:

9-09-2019, 19:50

/ 1 989 dəfə oxundu.
Balqabaq tumları..

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.

Antioksidantlar və sinklə zəngin olan balqabaq tumları kişi cinsiyyət sisteminə çox müsbət təsir edir - kişi cinsiyyət hormonlarının ifrazını və spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostat vəzidə mübadilə proseslərini yaxşılaşdırır, prostat vəzi xərçənginin qarşısını alır.

xalq təbabətində kişi sağlamlığını möhkəmləndirən bir çox reseptlər var. Onlardan biri balqabaq tumu ilə balın qarışığıdır.

Resept

Yarım kq təmizlənmiş balqabaq tumunu blenderdə əzin, 1 stəkan təbii bal əlavə edin, yaxşı qarışdırın.

Qarışıqdan hər səhər yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır. Bunu daim ildə 1 dəfə edin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ