SON DƏQİQƏ
» » Subaylar 85 saniyəyə bir milyard dollar gəlir gətirdi - REKORD (FOTO)

Subaylar 85 saniyəyə bir milyard dollar gəlir gətirdi - REKORD (FOTO)

Tarix:

12-11-2018, 08:59

/ 10 385 dəfə oxundu.
Subaylar 85 saniyəyə bir milyard dollar gəlir gətirdi - REKORD (FOTO)

Dünyanın ən böyük elektron ticarət şirkəti “Alibaba” Dünya Subaylar Günündə rekordla yadda qaldı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin şirkəti 85 saniyəyə 1 milyard dollarlıq məhsul satıb.

“Alibaba” Dünya Subaylar Günü ilə bağlı festivalı 2009-cu ildən keçirir. Bu il festivalın ilk saatında 10 milyard dollarlıq satış həyata keçirilib. Şirkət həmçinin festivalın sonuna bir neçə saat qalmış ötənilki 25,3 milyard dollarlıq satış səviyyəsini də keçib.

Çinin ən böyük e-ticarət çılğınlığı olaraq bilinən Subaylar Günü “Alibaba” üçün olduqca gəlirli bir gündür.

Qeyd edək ki, Subaylar Günü Sevgililər Gününün əksi olaraq ortaya atılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ