SON DƏQİQƏ
» » Tramp Çinə qarşı iqtisadi zərbə hazırlayır

Tramp Çinə qarşı iqtisadi zərbə hazırlayır

Tarix:

15-03-2018, 16:56

/ 10 288 dəfə oxundu.
Tramp Çinə qarşı iqtisadi zərbə hazırlayır

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinlə olan ticarət həcmini 100 milyard dollar endirəcəyini bildirib.

Gunaz.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Ağ Evdən olan mənbə məlumat verib.

Mənbə bildirib ki, Trampın Tvitter hesabında paylaşdığı məlumatda yanlışlıq var:

“Tramp Çin ilə ticarət həcmini 1 milyard dollar aşağı salınacağını açıqlamışdı. O, bunun üçün 1 illik plan hazırlandığını demişdi. Burada yanlışlıq var. Söhbət 1 deyil, 100 milyard dollardan gedir. Tramp artıq Çindən idxal edilən bəzi mallara gömrük vergisinin tətbiqi ilə bağlı tapşırıq da verib”.

Qeyd edək ki, ötən ilin statistikasına görə, ABŞ-ın Çin ilə ticarət həcmi 375 milyard, Meksika ilə 71 milyard, Almaniya ilə 65 milyard, Kanada ilə 17,6 milyard dollar olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ