Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun növbəti oyunları keçiriləcək.
GunAz.az xəbər verir ki,ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma təşkil ediləcək.
Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplanın çıxış etdiyi Türkiyənin "Başakşehir" klubu İstanbulda Fransa PSJ-sini qəbul edəcək. H qrupunun digər matçında "Mançester Yunayted" İngiltədə Almaniya "Leyptsiq”ini sınağa çəkəcək.
Turun maraqla gözlənilən qarşılaşması İtaliyada olacaq. "Yuventus" G qrupunda İspaniya təmsilçisi "Barselona"nı qəbul edəcək.
Çempionlar Liqası
II tur
Xal durumu: "Krasnodar” - 1, "Çelsi” - 1, "Sevilya” - 1, "Renn” - 1
Xal durumu: "Latsio” - 3, "Brügge” - 3, "Borussiya” - 0, "Zenit” - 0
Xal durumu: "Mançester Yunayted” - 3, "Leyptsiq” - 3, "Başakşehir” - 0, PSJ - 0