SON DƏQİQƏ

Ronaldu-Neymar dueti YARANA BİLƏR

Tarix:15-05-2020, 08:56 Oxunub:3 342

Turin "Yuventus"u "Pari Sen Jermen”in braziliyalı hücumçusu Neymarla maraqlanır.

GunAz.az xəbər verir ki, bu barədə "Mundo Deportivo” bildirib.

Məlumata görə, İtaliya klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə Neymarın duetini yaratmaq niyyətindədir. "Yuventus" argentinalı hücumçu Paulo Dibalanı potensial sazişə daxil etməyə hazırdır.

Qeyd edilir ki, bu məsələdə problem Neymarın maaşı ilə bağlı ola bilər. Onun hazırkı maaşı ildə 36 milyon avro təşkil edir. Turinlilər futbolçuya bu məbləğdə pul ödəməyə hazır deyillər, buna görə braziliyalı "Yuventus”a keçidə görə maaşının azaldılmasına razılaşmalı olacaq.

28 yaşlı Neymar cari mövsümdə Fransa çempionatının 15 matçında iştirak edib və 13 qol vurub, habelə 6 məhsuldar ötürmə edib. 26 yaşlı Dibala isə A Seriyasında 24 matç keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<