SON DƏQİQƏ
» » ÇL: Qalatasaray uduzdu, İngiltərəlilər darmadağın etdi-NƏTİCƏLƏR

ÇL: Qalatasaray uduzdu, İngiltərəlilər darmadağın etdi-NƏTİCƏLƏR

Tarix:

23-10-2019, 02:45

/ 1 417 dəfə oxundu.
ÇL: Qalatasaray uduzdu, İngiltərəlilər darmadağın etdi-NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

GunAz.az-ın məlumatına görə, turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıblar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyanın "Real Madrid" komandasını qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Toni Kroos vurub. A qrupunun digər qarşılaşmasında "Brügge" Belçikada Fransa PSJ-sinə böyük hesabla uduzub.

B qrupunun hər iki görüşündə də qapılara 5 qol vurulub. Almaniya "Bavariya"sı Yunanıstanda "Olimpiakos"a 3:2, "Tottenhem" isə İngiltərədə Serbiya "Srvena Zvezda"sına 5:0 hesabı ilə qalib gəlib.

C qrupunda İngiltərənin daha bir təmsilçisi "Mançester Siti" evdə İtaliya "Atalanta"sına 5:1 hesabı ilə qalib gəlib. "Şaxtyor" isə Ukraynada Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məğlubiyyətdən qurtulmağı bacarıb.

Nəhayət, D qrupunda "Atletiko" İspaniyada Almaniya "Bayer"ini, "Yuventus" isə İtaliyada Rusiya "Lokomotiv"ini yenib.

Çempionlar Liqası

II tur

A qrupu

23:00. "Qalatasaray" (Türkiyə) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Toni Kroos, 18

23:00. "Brügge" (Belçika) - PSJ (Fransa) - 0:5

Qollar: Mauro İkardi, 7; 63. Kilian Mbappe, 61; 79; 83

Xal durumu: PSJ – 9, "Real Madrid" - 4, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrup

23:00. "Olimpiakos" (Yunanıstan) - "Bavariya" (Almaniya) - 2:3

Qollar: Yussef əl-Ərəbi, 23. Gilyerme, 79 - Robert Levandovski, 34; 62. Korentin Tolisso, 75

23:00. "Tottenhem" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya) - 5:0

Qollar: Harri Keyn, 9; 72. Hın Min Son, 16; 44. Erik Lamela, 57

Xal durumu: "Bavariya" - 9, "Tottenhem" - 4, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

20:55. "Şaxtyor" (Ukrayna) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Yevgeni Konoplyanka, 16. Dodo, 75 - Dani Olmo, 25. Mislav Orşiç, 60 (pen.)

23:00. "Mançester Siti" (İngiltərə) - "Atalanta" (İtaliya) - 5:1

Qollar: Serxio Aqüero, 34; 38 (pen.). Rahim Sterlinq, 58; 64; 69 - Ruslan Malinovski, 28 (pen.)

Xal durumu: "Mançester Siti" - 9, "Dinamo" - 4, "Şaxtyor" - 4, "Atalanta" - 0.

D qrupu

20:55. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0

Qol: Alvaro Morata, 78

23:00. "Yuventus" (İtaliya) - "Lokomotiv" (Moskva, Rusiya) - 2:1

Qollar: Paulo Dibala, 77; 80 - Aleksey Mirançuk, 30

Xal durumu: "Atletiko" - 7, "Yuventus" - 7, "Lokomotiv" - 3, "Bayer" - 0.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ