SON DƏQİQƏ
» » “Qarabağ”ın oyununa bütün biletlər satılıb – möhtəşəm anşlaq gözlənilir

“Qarabağ”ın oyununa bütün biletlər satılıb – möhtəşəm anşlaq gözlənilir

Tarix:

4-10-2018, 20:00

/ 10 408 dəfə oxundu.
“Qarabağ”ın oyununa bütün biletlər satılıb – möhtəşəm anşlaq gözlənilir

Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu üçün bütün biletlər satılıb.

Bu haqda Qol.az saytına Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

"Satışa çıxarılan bütün biletlərin hamısı demək olar, alınıb. Bundan başqa, klubumuz tərəfindən müəyyən dəvətnamələr də paylanılıb. Güman edirik ki, bu gün Olimpiya Stadionunun tribunaları tam dolacaq” – deyə N.İbrahimov bildirib.

Xatırladaq ki, "Qarabağ” – "Arsenal” oyunu saat 20.55-də başlanacaq. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 68.700 tamaşaçı tutumuna malikdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ