SON DƏQİQƏ
» » "Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satıldı

"Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satıldı

Tarix:

3-10-2018, 10:16

/ 10 447 dəfə oxundu.
"Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satıldı

Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ