SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarov amerikalı şahmatçı ilə qarşılaşacaq

Şəhriyar Məmmədyarov amerikalı şahmatçı ilə qarşılaşacaq

Tarix:

23-03-2018, 10:40

/ 10 444 dəfə oxundu.
Şəhriyar Məmmədyarov  amerikalı şahmatçı ilə qarşılaşacaq

 Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri baş tutacaq.

Gunaz.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq.

Ötən tur Ş.Məmmədyarov U.Sonun həmyerlisi Fabiano Karuananı ağ fiqurlarla yenə bilməyib - 0,5:0,5. Hazırda o, 6 xalla 2-ci pillədə qərarlaşıb. Qara fiqurlarla çinli Din Lijenlə bərabərliyə qalan U.So isə 4 xalla 7-cidir.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) - Vladimir Kramnik (Rusiya)

Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya)

Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya)

10 turdan sonra turnir cədvəlinə 6,5 xalla F.Karuana başçılıq edir. A.Qrişuk 5,5 xalla 3-cü, S.Karyakinlə D.Lijen hərəyə 5 xalla 4-5-ci, V.Kramnik 4,5 xalla 6-cı, L.Aronyan 3,5 xalla 8-cidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ