SON DƏQİQƏ
» » DÇ-2018: İsveçrə Şimali İrlandiyaya, Yunanıstan Xorvatiyaya qarşı

DÇ-2018: İsveçrə Şimali İrlandiyaya, Yunanıstan Xorvatiyaya qarşı

Tarix:

12-11-2017, 19:13

/ 1 160 dəfə oxundu.
DÇ-2018: İsveçrə Şimali İrlandiyaya, Yunanıstan Xorvatiyaya qarşı

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Gunaz.az xəbər verir ki, İsveçrə yığması ilk oyunda səfərdə minimal hesabla məğlub etdiyi Şimali İrlandiya millisini qəbul edəcək. İrlandlar mundiala vəsiqə qazanmaq üçün səfər oyunundan mütləq qələbə ilə ayrılmalıdır. İsveçrəlilərə isə doğma meydanda heç-heçə də sərf edir.

Günün digər oyununda isə Xorvatiya yığması Yunanıstan seçməsinin qonağı olacaq. İlk matçda böyük hesabla (4:1) qalib gələn xorvatlar DÇ-nin bir addımlığındadır. Buna baxmayaraq, Yunanıstan millisi də praktiki olaraq mundiala vəsiqə şansını qoruyub saxlayır. Yunanlar gələn il Rusiyada təşkil ediləcək mundiala “bilet” əldə etmək üçün doğma Ellada torpağında Avropanın ən yaxşı heyətlərindən birinə malik olan Xorvatiya millisini böyük hesabla məğlub etməlidir.

Ayın 13-də bütün diqqət Milana, möhtəşən “San Siro” stadionuna yönələcək. Burda dünya futbolunun nəhənglərindən olan, dördqat dünya çempionu, son 60 ildə ilk dəfə mundialdan kənarda qalmaq təhlükəsi ilə üz-üzə qalan İtaliya millisi İsveç yığmasını qəbul edəcək. İlk oyundakı minimal hesablı qələbə skandinaviyalılara kiçik üstünlük versə də, hər şeyə Milanda aydınlıq gələcək.

Avropada son pley-off oyununda İrlandiya yığması ilk matçda səfərdə qolsuz bərabərə qaldığı Danimarka seçməsini qəbul edəcək.

DÇ-2018-in seçmə mərhələsi, pley-off

12 noyabr

21:00 İsveçrə - Şimali İrlandiya (ilk oyun 1:0)
23:45 Yunanıstan - Xorvatiya (1:4)

13 noyabr

23:45 İtaliya - İsveç (0:1)

14 noyabr

23:45 İrlandiya - Danimarka (0:0)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ