SON DƏQİQƏ

Messi zəvvar yolu gedəcək - NİYYƏT

Tarix:

10-11-2017, 07:22

/ 1 272 dəfə oxundu.
Messi zəvvar yolu gedəcək - NİYYƏT

Argentina yığmasının və "Barselona"nın futbolçusu Lionel Messi DÇ-2018-lə bağlı niyyət edib.

Gunaz.az xəbər verir ki, Messi DÇ-yə vəsiqə qazanacaqları ilə bağlı inamın onu heç vaxt tərk etmədiyini vurğulayıb. O, mundialın qalibi olacaqları təqdirdə, kilsəni ziyarət edəcəyini bildirib:

“Həmişə inanırdım ki, DÇ-yə vəsiqə qazanacağıq. Amma güman edirdim ki, bu vəzifəni Ekvadorla oyuna qədər həll edəcəyik.

Vəd verirəm, Argentina yığması DÇ-2018-in qalib olsa, onda Müqəddəs Nikolay kilsəsinə qədər zəvvar yolu gedəcəm”.

Messi DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmasında - Ekvadorla oyunda het-trik edərək, komandasına mundiala vəsiqə qazandırıb.(Publika.az)

скачать dle 12.1

Şərhlər