SON DƏQİQƏ
» » Azərbaycan güləşçisi altıqat Avropa çempionu oldu

Azərbaycan güləşçisi altıqat Avropa çempionu oldu

Tarix:

3-05-2017, 08:43

/ 4 725 dəfə oxundu.
Azərbaycan güləşçisi altıqat Avropa çempionu oldu

Serbiyanın Novı Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.
 Mayın 2-də milli komandamız hesabına 2 qızıl və 1 gümüş medal yazdırıb.
Qadın güləşçilərin mübarizəsində 48 kiloqram çəki dərəcəsində çıxış edən beşqat Avropa çempionu Mariya Stadnik finaladək Polşa, Türkiyə və Rumıniyadan olan rəqiblərinə tam üstünlüklə qalib gəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan güləşçimiz 6-cı dəfə qitənin ən güclüsü olub.
Xatırladaq ki, Mariya bu günədək 5 dəfə (2008, 2009, 2011, 2014 və 2016-cı illərdə) Avropa çempionu, 2015-ci ildə isə birinci Avropa Oyunlarının qalibi olub.
Əlli yeddi kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili belaruslu, fransalı və rusiyalı rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Giorgi Edişeraşvili qitə çempionatının qızıl medalını qazanıb.
Digər güləşçimiz Aleksandr Qostiyev də Avropa çempionatını medalla başa vurub. Təmsilçimiz əvvəlcə Polşa, Ermənistan və Türkiyə idmançılarını məğlub edərək finala yüksəlib. Lakin bu mərhələdə Rusiya idmançısına uduzaraq gümüş medal qazanıb.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ