
Gəncə şəhərinin Kəpəz rayonunda "Şevrolet” markalı minik avtomobili və "İsuzu” markalı şərnişin avtobusu toqquşub.
Fövqəladə Hallar nazirliyindən GunAz.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, Dədə Qorqud küçəsində baş verən qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.