SON DƏQİQƏ

Hirkan Milli Parkında yanğın olub

Tarix:

14-01-2021, 22:19

/ 1 517 dəfə oxundu.
Hirkan Milli Parkında yanğın olub

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.

ETSN-dən verilən məlumata görə, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb.

Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ